Azərbaycan hökuməti ABŞ-da lobbiçiliyə milyonlar xərcləyir

ilham eliyev absABŞ-ın nüfuzlu «Foreign Policy» jurnalı Əliyev hökumətinin sanksiyaların qarşısını almaq cəhdlərindən yazır

“Neftlə zəngin Azərbaycanın hökuməti ABŞ Konqresini dilə tutmağa milyonlar xərcləyir. Mən də bir dəfə bilmədən buna yardım eləmişəm”.

“Azadlıq” radiosunun məlumatına görə, bunu ABŞ-ın “Foreign Policy” jurnalında Bethany ÿAllen Ebrahimianÿ yazır.

Müəllif bir neçə həftə öncə “Azərbaycanı Dəyərləndirmə Günü” adlı tədbirə dəvət alıb. Dəvətdə bildirilib ki, “müsəlman və yəhudi liderlər” Vaşinqtondakı Azərbaycan səfirliyinə nahara yığışacaqlar və “Azərbaycanın müsəlman-yəhudi münasibətlərində öncül işinə dəyər ifadə olunacaq”. O da fikirləşib ki, dinlərarası harmoniyanı dəstəkləyir və niyə də tədbirə qatılmasın?

Ancaq tədbirə bir gün qalmış məkan dəyişib, səfirlikdən “Embassy Row” otelinə keçirilib. Tədbirdə Nyu Yorkda mənzillənən Etnik Anlaşma Fondunun (FFEU) rəhbəri, ravvin Marc Schneier, Şimali Amerikanın Islam Cəmiyyətinin (ISNA) milli direktoru Sayyid Syeed çıxış edib, Azərbaycanın illər boyu müxtəlifliyə göstərdiyi sayğıdan danışıblar.

Müəllif yazır ki, tədbirdə Azərbaycanın dini siyasətindən çox, bu ölkənin müsəlman-yəhudi münasibətlərini necə irəlilətməsindən söz açılıb. Üstəlik, müəllifin söhbətləşdiyi iştirakçıların çoxu burda niyə olduqlarını dəqiq bilməyiblər. Çoxu Lonny Parisin adını çəkib, onun vasitəsilə bura gəlib çıxdığını deyib. Paris Nyu-Yorkda yerləşən veteran kampaniyaçı Hank Sheinkopf ilə işləyir, tədbirin təşkilində FFEU-yə yardım edib.

“Dinlərarası məsələlərə həsr olunmuş çox tədbirə qatılmışam, ancaq konsaltinq şirkəti tərəfindən təşkil olunanı görməmişəm”, – deyə müəllif yazır.

Nahardan sonra onları kiçik qruplara bölüb Konqres üzvlərinin ofislərinin yerləşdiyi Cannon House ofis binasına aparıblar. Müəllifin qrupunda, əsasən, israillilər olub, Nyu Yorkdan gəlmiş iki afro-amerikalı isə bütün günü ağızlarına su alıblar. Qrupun digər iki üzvü Israildən gənc turist imiş, konqresmenlərin ofislərini gəzərkən də selfi çəkməklə məşğul olublar. Biri məndən soruşdu ki, Barak Obama ilə görüşəcəyik?”

Bu qrup Nümayəndələr Palatasının üç üzvünə baş çəkib. Müəllif son nəticədə anlayıb ki, qatıldığı tədbir Azərbaycanda müsəlman-yəhudi münasibətləri barədə deyil, Azərbaycanın Israil və ABŞ-dakı yəhudi təşkilatları ilə əlaqələri haqdadır: “Görünür, Azərbaycan prezidenti Ilham Əliyevin Vaşinqtona bu həftəki (31 mart-1 aprel) səfəri öncəsi ölkə insan haqları pozuntuları sarıdan narahatlıq keçirən Konqres üzvlərinin qəlbini fəth etməyə çalışır, bu məqsədlə Israillə güclü münasibətlərini təbliğ edirdi”.

Müəllif korrupsiya tüğyan edən, seçkiləri saxtalaşdırılan, insan haqları sahəsində zəif göstəriciləri olan Azərbaycanın ABŞ-la münasibətləri yaxşı səviyyədə saxlamaqdan ötrü kreativliyə əl atdığını vurğulayır. Yazıda ölkədə ictimai fəalların həbsə atılmasından, azadlıq və korrupsiya indekslərində aşağı səviyyələrdə yer almasından söz açılır.

“Azərbaycanın ABŞ-da söykənəcəyi bir neçə güclü tərəfi var. On il qabaq Türkiyə ilə əlaqələri hesabına Konqresdə dəstək qazanmaq istəyirdi. Türkiyə-Israil münasibətləri pisləşəndə isə durum dəyişdi”, – deyə ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç “Foreign Policy”ə bildirib. Onun sözlərinə görə, Azərbaycan özü uğurlu lobbiçilik edə bilməyincə, Israillə münasibətləri işə salıb.

Daha sonra yazıda Azərbaycanda dini tolerantlıq səviyyəsindən, burada 20 minədək yəhudinin yaşamasından danışılır. ABŞ-da lobbiçiliyə milyonlar xərcləndiyi də vurğulanır. Müəllifin fikrincə, bu səylərin bir məqsədi insan haqları pozuntularına görə ayrı-ayrı fərdlərə sanksiyaların önlənməsi ola bilər.

Yazıda qeyd olunur ki, FFEU kimi mötəbər təşkilatın niyə bu tip tədbirlərə baş vurması da anlaşılan deyil. Qurumun prezidenti Schneier Azəbaycanda insan haqları ilə bağlı sualı belə cavablandırıb ki, bu sahədə irəliləyiş var: “Azərbaycan indi suriyalı qaçqınları da qəbul edir. Həyatda hər şey irəli gedir. Bu kiçik ölkə müsəlmanları və yəhudilər bir araya gətirir. Nə gözəl!”