Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Qarabağ cəbhəsindəki gərginliyə görə Azərbaycanı ittiham edib.
Bu barədə hərbi təşkilatın mətbuat xidmətinin rəhbəri Vladimir Zaynetdinov deyib.
“Hər şey danışıqlar yolu ilə həll olunmalıdır. Azərbaycan tərəfinin addımları hazrki vəziyyətdə konfliktin gərginləşməyinə xidmət edir”.
Zaynetdinov təkşilatın Baş katibi Nikolay Bordyujanın və təşkilatın bütün rəhbərliyinin Ermənistanla müntəzəm əlaqə saxladıqlarını deyib.
Xatırladaq ki, 1992-ci ildə yaradılan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına Ermənistan, Belarus, Rusiya, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir. (modern.az)