Fitch-dən “Yapı Kredi”yə pis xəbər

fitchFitch Ratings beynəlxalq kredit reytinqi agentliyi, Türkiyənin “Yapı ve Kredi Bankası” (YKB), “Yapı Kredi Finansal Kiralama”, “Yapı Kredi Faktoring” və “Yapı Kredi Yatırım Menkul Değerler” şirkətinin kredit reytinqlərinin proqnozunu “sabit”dən “neqativ”ə endirib.

YKB-nin kredit reytinqini “BBB” olaraq təsdiq edən Fitch, bağlı tərəfdaşlıqları “Yapı Kredi Leasing”, “Yapı Kredi Faktoring” və “Yapı Kredi Yatırım”ın reytinqlərinin də YKB-nin reytinqinə bərabər olduğunu vurğulayıb.

Fitch, proqnozu mənfiyə endirməsinə səbəb kimi Bankın 50 faiz səhminə sahib olan UniCredit S.P.A.-nın reytinqinin görünüşünün (proqnozunun) 24 Mart tarixində “neqativ”ə endirilməsini göstərib.

Qeyd edək ki, YapıKredi Bank AŞ, Yapı ve Kredi Yatırım Menkul Değerler A.Ş və Yapı Kredi Finansal Kıralama A.O “Yapı Kredi Bank Azərbaycan” QSC-nin səhmdarlarıdır.

 

(marja)