Rusiyanın “İnterfaks” agentliyinin Azərbaycan bölməsi olan “İnterfaks-Azərbaycan” informasiya agentliyi Azərbaycan dilində xəbərlərin buraxılışını dayandırır.
“Maliyyələşmənin olmaması səbəbindən 01 aprel 2016-cı il tarixindən qeyri-müəyyən müddətə Azərbaycan dilində xəbərlərin buraxılışını dayandırır”,- Agentliyin yaydığı məlumatda deyilir.
Qeyd edək ki, “İnterfaks-Azərbaycan” informasiya agentliyi SOCAR-ın himayəsində fəaliyyət göstərir.