SOCAR Monteneqroda kurort tikintisinə 200 milyon xərcləyib

socar-logoSOCAR Adriatik dənizi sahillərində, Monteneqroda kurortun tikintisinə bu günədək 200 milyon avrodan artıq pul xərcləyib.

Trend-in məlumatına görə, bunu Monteneqro Prezidenti Filip Vuyanoviç “bne IntelliNews” nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, dəyəri 500 milyon avro olan kurort keçmiş hərbi bazanın yerində olacaq: “Biz gözləyirik ki, kurort 2017-ci ilin sonuna açılacaq”.