Nardaran hadisələrində təqsirləndirilərək həbs edilən, özünü Nardarandakı Rəhimə Xanım Ziyarətgahının Hüseyniyyə Məscidinin axundu kimi təqdim edən Nuhbala Rəhimov barəsində başlanmış cinayət işi yenidən istintaqa qaytarılıb.
Bu barədə Trend-ə N.Rəhimovun yaxınları məlumat verib.
N.Rəhimov barəsindəki cinayət işi yekunlaşaraq məhkəməyə göndərilsə də, Sabunçu rayon Məhkəməsi cinayət işini yenidən istintaqa qaytarıb.
H.Rəhimovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti 4 ay artırılıb.
Baş Prokurorluq isə yayılan bu məlumatı təkzib edir. Prokurorluqdan “Azadlıq”a göndərilən açıqlamada deyilir ki, qeyd edilən cinayət işinin istintaqa qaytarılması həqiqəti əks etdirmir. Cinayət işi hazırda Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin icraatındadır.