Gəncədə qadın dəm qazından boğularaq ölüb

dem qaziGəncədə dəm qazından ölüm hadisəsi qeydə alınıb.

Şəhər sakini, 1979-cu il təvəllüdlü Abbasova Saray Ələddin qızı yaşadığı evin vanna otağında dəm qazından boğularaq ölüb.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.

 
(apa)