ABŞ dövlət katibi Con Kerri Bəşər Əsədə üçüncü bir ölkədə sığınacaq verilməsi mövzusunda Rusiya ilə razılaşdıqlarını açıqlayıb.
Bu barədə ABŞ Təhlükəsizlik Şurasının diplomatı məlumat verib. Diplomat, Kerrinin, bir neçə ərəb ölkəsi və Rusiya ilə mövzu ilə bağlı razılaşma əldə etdiklərini, bu razılaşmaya əsasən Əsədin Suriyanın gələcəyində yer almayacağını bildirib. Xəbərdə, Əsədin adı açıqlanmayan üçüncü ölkəyə verilməsi də öz əksini tapıb.
Mərkəzi Londonda yerləşən “El Hayat” jurnalının məlumatına görə, ABŞ və Rusiyanın Suriya mövzusunda razılaşdığı digər mövzu isə konstitusiya dəyişikliyilə bağlıdır. Razılaşmaya görə ən gec avqust ayına qədər mövcud konstitusiya yenisilə əvəzlənməlidir.
Aydın Taş