Bu ilin yanvar-fevral aylarında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 1 milyon 252 min ton xam neft hasil edib.
SOCAR-dan verilən məlumata görə, bu göstərici ötən ilin müvafiq dövründən 7,5% azdır.
Bu ilin iki ayında SOCAR-ın hasil etdiyi neftin 605 min tonu fevral ayının payına düşüb. Şirkətin bu ilin fevralında hasil etdiyi neft ötən ilin fevral ayından 5,7% az olub.
Qeyd edək ki, bu ilin yanvar-fevral ayları ərzində Azərbaycan üzrə ümumilikdə 6 milyon 857,5 min ton xam neft hasil olunub. Fevralda Azərbaycanda isə ümumilikdə 3 milyon 339,3 min ton neft hasil edilib. (marja.az)