– Ölkə daxili istehsal hesabına qida məhsullarına olan təlabatının yarısını, 50 faizini ödəyə bilir. Müharibə şəraitində yaşayan və iqtisadiyyatı bərbad durumda olan ölkə üçün bu olduqca təhlükəli haldır.
– Ölkənin ərzaq buğdasına olan təlabatı (1,3 milyon ton) tam olaraq Rusiya və Qazaxıstanın hesabına ödənilir. Son illər hər iki ölkənin ixrac etdiyi taxıl məhsullarının keyfiyyəti pisləşib. Hətta Rusiya ixrac etdiyi məhsulda insan orqanizmi üçün ciddi təhlükə yaradan toksik maddə aşkar olunub. Keyfiyyətin pisləşməsi səbəbindən Qazaxıstan buğda istehsalını ilbəil azaldır. Azərbaycanın ucuz buğda idxalı üçün seçim imkanı daralır.
– Ölkədə ət, süd, meyvə, tərəvəz, kartof istehsalı çox ciddi şəkildə azalıb və bu adda məhsulların idxalı artıb. İdxal olunan ərzaq mallarının keyfiyyəti aşağı olduğu halda, istehlakçılara yüksək qiymətə təklif olunur. Ölkəyə gətirilən ərzaq mallarının keyfiyyətinə isə ciddi nəzarət sistemi yoxdur.
– Azərbaycan hökuməti əhalini keyfiyyətli, münasib qiymətə, fizioloji normaya uyğun qida məhsulları ilə təmin edə bilmir.

Azərbaycanda ərzaq təhlükəsizliyinə təminat yoxdur
•



