Milli Şura rəhbərliyi İntiqam Əliyevi ziyarət etdi

millisura-rehberlik-intiqamaliyevMartın 29-da Milli Şura sədri Cəmil Həsənli və qurumun Koordinasiya Mərkəzinin üzvləri – AXCP lideri Əli Kərimli ilə tanınmış hüquqşünas Vidadi Mirkamal bir gün qabaq həbsdən buraxılmış məşhur vəkil İntiqam Əliyevi evində ziyarət ediblər.

AXCP sədri Əli Kərimli feysbuk səhifəsində görüşdən foto paylaşaraq İntiqam bəyin nikbin əhval-ruhiyyədə olduğunu qeyd edib. Əli Kərimli yazıb:

“İntiqam bəy necə pozitiv, gülə-gülə həbsə getmişdisə, eləcə də gülə-gülə qayıtdı. Siyasi məhbus dostlarımızın Azərbaycan uğrunda mübarizəni əvvəlki qaydada, qaldıqları yerdən davam etdirəcəkləri barədə açıqlamaları olduqca önəmlidir. Onların əksəriyyətinin bu sınaqlardan üzüağ çıxması əlbəttə ki, demokratik düşərgənin gücünə güc qatır, cəmiyyəti ruhlandırır. Davamı da gəlsin!”.