Türkiyədə 8 ayda 5 mindən çox terrorçu məhv edilib

pkk2015-ci ilin iyulundan bu günədək Türkiyədə PKK-ya qarşı əməliyyatlar nəticəsində 5359 nəfər PKK üzvü məhv edilib.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, PKK-ya qarşı əməliyyatlar zamanı 355 türkiyəli hərbçi həlak olub.

Prezident diqqətə çatdırıb ki, əməliyyatlar PKK-nın tam məhv edilməsinədək davam edəcək.

 

(trend)