Azərbaycan yollarında “bayram terroru”: 21 nəfər öldü

qezaBayram günlərində Azərbaycan ərazisində baş verən nəqliyyat hadisələrinin statistikası açıqlanıb.

Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Modern.az saytına deyib ki, martın 19-dan 28-dək ölkənin avtomobil yollarında 69 yol-nəqliyyat hadisəsi qeydə alınıb:

“Nəticədə 21 nəfər ölüb, 96 nəfər müxtəlif dərəcədə xəsarət alıb”