Hökumət dövlət sərvətlərini niyə talan edir?
Azərbaycan hakimiyyəti məqsədli şəkildə dövlətin potensialını əritməklə məşğuldu. Hökumət təkcə vətəndaşın haqqını oğurlamaqla, insanları yüksək bank faizləri ilə , aşağı maaşla, baha qiymətlərlə sınağa çəkməklə kifayətlənməyib. Həm də dövlətin imkanlarını məhdudlaşdırmağa xidmət edirlər.
Bildiyiniz kimi hökumət “Cənub Qaz Dəhlizi” layihəsi üçün xaricdən 1 milyard borc alıb. Amma Neft Fondunun 33 milyard dolları cəmi 1.24 faizlə yerləşdirilib. Bəli, xaricdən 6.87 faizlə borc alıb, dövlətin milyardlarını 1.24 faizlə xaricdə yerləşdiririk. “Düşünülmüş və uzaqgörən” siyasət nəticəsində 33 milyard dollarımızın gəlirliliyi ildə cəmi 1.24 faizdir. Özümüz isə təxminən bundan 6 dəfə yuxarı fazilə borca giririk. Yəqin ki, dünya tarixində belə təcrübə olmayıb, dünyanın heç bir hökuməti belə əndrəbadi iqtisadi siyasətə imza ata bilməyib.
Bəli, hökumətimiz Dünya Bankının tələblərini yerinə yetirməmək, şəffaflıqdan qaçmaq üçün dövləti, gələcək nəsilləri ağır borc yükü altında qoyur. Dünya Bankı Azərbaycan hökuməti qarşısında şəffaflıq şərti qoymuşdu. Əgər hökumət “qara kassa” dan imtina edib, hesabatlı, şəffaf idarəetməyə strart versəydi, Dünya Bankı Azərbyacana istənilən qədər borc verərdi. Amma Azərbaycan hakimiyyəti sərfəli kredit şərtlərindən imitna etdi. “ASAN xidmət”, “Apelyasiya şurası” kimi qurumlar yaradıb cəmiyyətin gözünə kül üfürürlər. Amma iri korrupsiyadan imitna edilmir, çirkli pulların dövriyyəsi dayanmır. Dünya Bankı da bunlardan imtina etməyi tələb edir.
Yuxarıda da qeyd etdiyimiz kimi hakimiyyət pis vərdişlərdən imtina etməmək üçün dövləti daha ağır yükün altına salır. Faktiki olaraq dövlət vəsaitləri ata malı kimi talan edilir. Gələcək nəsillərə cəhənnəm hazırlanır, qəsd edilir. Onsuz da ağır vəziyyətdə olan ölkəni ən yüksək faizlərlə borc bataqlığına salmaq dövləti cinayətdir.
Demək istrəyirik ki, bu hökumçət təkcə vətəndaşın həyatını cəhənnəmə çevirməklə kifayətlənmir, dövlətin olan-qalan maliyyəsini də havaya sovurur. Növbəti mərhələdə layihələrin həyata keçirilməsi üçün daha böyük məbləğdə borc almaq lazım gələcək. Deməli, daha ağır fazilərlə borc ödəməli olacağıq. Hansıki, yuxarıda da qeyd etdiyimiz kimi vəziyyətdən çıxmağın daha əlverişli yolları var. Amma hökumətin məqsədi dövlətin və millətin mənfəəti deyil, şəxsi büdcənin artmasıdır.
Bir daha aydın olur ki, bu hakimiyyət heç vaxt real islahat aparmayacaq və bunun üçün siyasi iradə yoxdur.
Akif



