Əhalinin pul gəlirləri 43 faiz azalıb

nemet-eliyevƏhalinin hər nəfərinə düşən pul gəlirləri 43,5% azalaraq 426 dollara düşüb.

2015-ci ilin yanvar-fevral aylarında adam başına düşən pul gəlirləri 618 manat hesablanıb. Həmin dövrdə manat/dollar məzənnəsi orta hesabla 0,82 manat təşkil edib. Odur ki, o dövrdə adam başına düşən pul gəlirləri ≈754 dollar olub [ 618 : 0,82 ≈754 dollar].

Bu göstərici 2016-cı ilin yanvar-fevral aylarında 673 manat, manat/dollar məzənnəsi isə orta hesabla 1,58 manat olub. Odur ki, bu dövrdə hər nəfərə düşən pul gəlirləri ≈426 dollar təşkil edib [ 673 : 1,58 ≈ 426 dollar].

Azalma 43,5 %-dir [ 754 – 426 = 328 manat; 328 : 754 x 100% ≈ 43,5% ].