Rusiyalı politoloq: “Azərbaycan cəmiyyətində tektonik sıçrayışlar baş verir”

Liliya

Liliya Şevtsova: «Azərbaycan Avropaya inteqrasiya yolunu Rusiyadan tez keçəcə

Azərbaycan saatı” proqramının qonağı, rusiyalı politoloq Liliya Şevtsova Rusiya və Qərb arasındakı “soyuq müharibə”dən, Moskvanın postsovet məkanında siyasətindən və Azərbaycanda vəziyyətdən danışıb.

O qeyd edib ki, yeni müstəqil dövlətlər Qərbə meylləndiyi halda Kremlin bunun əvəzini cıxacağı barədə narahatlıqlar özünü tam doğrultdu. Indiki rus sistemi – ekspansionizm, istibdad, təsir sahəsinə nəzarət, mərkəzi Moskva olmaqla başqa dövlətlərdən hansısa qalaktika yaratmaqdan ibarədir. Moskva satellit ölkələri öz orbitində saxlamağa çalışır – bu, yeni rus sisteminin əsaslarından biridir, Şevtsova bildirib və qeyd edib ki, o, başqa cür yaşaya bilməz.

Şevtsovanın sözlərinə görə, Rusiya qılınc oynatmağa və bütün xalqlara təpik atmağa hazır olan güc dövləti kimi mövcud ola bilər.

Rusiyadan qorxmaq və ehtiyatlanmaq lazımdır, lakin hərbi təcavüz və anneksiya məsələsini şişirtmək lazım deyil. O qeyd edib ki, Kreml ətrafındakı, elə Kremlin özündəki texnokratlar yetərincə təcrübəli və çevik, kütləvi təsir variantları düşünüb tapanÿadamlardır. Bu, qonşu dövlətlərdə – Azərbaycan, Ermənistan, Gürcüstanda elitanın kooptasiyası, müxtəlif qaz, ticarət müharibələri, Rusiya daxilində qaçqınlara təsirdir. Moskvada milyonlarla azərbaycanlıya təsir də Bakıya vasitəli təsir formasıdır, politoloq hesab edir.

O bildirib ki, Azərbaycan Rusiyadan 4 mlrd. dəyərində silah alır. Eyni zamanda Ermənistan Rusiyadan 200 mln. dəyərində kreditə silah alır. Bu, balans yaradılması cəhdi və paralel olaraq regionun hərbləşdirilməsidir. Həmin ölkələr bir çarə tapmalıdır, lakin problem bundadır ki, hələlik biz özümüz bunu Rusiya daxilində tapmamışıq.

Şevtsova deyib ki, Rusiya və digər avtoritar yeni müstəqil dövlətlər xarici təsirdən özləri təcrid olunmağa can atırlar. Bu mənada Avropa Məhkəməsinin qərarlarının yerinə yetirilməməsi barədə Rusiya demarşı gözlənilən idi. Nə qədər ki Avropa susur və Moskvaya, o sıradan Bakıya necə təsir göstərəcəyi məlum deyil, bu, digər yeni müstəqil dövlətlərdə baş verə bilər.

Şevtsovanın fikrincə,ÿbəzi azərbaycanlı diplomatların Qərbə qaçması Azərbaycan siyasi elitasında və cəmiyyətində siyasi rejimdən narazı olan ciddi qüvvələrin olduğunu göstərir. Diplomatlar əsasən dövlət sisteminin mühafizəkar, ehtiyatlı hissəsidir. Əgər bu idarəetmə sisteminin nümayəndələri ölkəni tərk etməyə qərar verirsə və hakimiyyətə meydan oxuyursa, demək, ölkədə çox ciddi tektonik sıçrayışlar baş verir ki, bu da hələlik Rusiyada yoxdur.

Eyni zamanda ekspert ümidvar olduğunu bildirib ki, yeni müstəqil dövlətlər, o sıradan Azərbaycan da Avropaya inteqrasiya yolunu Rusiyadan tez keçəcək. Rusiya dondurulmuş, sonadək süqut etməmiş imperiyadır. Imperiya isə hər zaman istənilən transformasiya yolunda əngəldir. “Odur ki, əfsuslar, birinci və öndə siz getməlisiniz”,- L.Şevtsova vurğulayıb (contact.az).