Nə qədər bacarıqsız və qabiliyyətsiz hakimiyyət olmalıdır ki…

ali-karimli-qurultayda1Sizcə, indiki zamanda nə qədər bacarıqsız və qabiliyyətsiz olmaq lazımdır ki, sərəncamında milyardlarla dollar pul ola və sən də onu il ərzində cəmi 1 faiz artırasan? Ötən il Neft Fondundakı 33 milyard dollardan artıq pulumuzun gəlirliyi cəmi 1.24% olub. Amma sualın hələ ardı da var. Daha nə qədər bacarıqsız olmaq lazımdır ki, öz pulunu xaricdə (illik) 1.24%-lə yerləşdirib, özün də xaricdən 6.87%-ə borc götürəsən? Azərbaycan «Cənub Qaz Dəhlizi» şirkətini maliyyələşdirmək üçün daha 1 milyard dollar xarici borc götürüb, həm də illik 6.87%-lə. Beləliklə, xaricilərə pulu 1%-ə verib, özü xaricdən 6.87%-lə borc götürən hakimiyyətə Azərbaycan hakimiyyəti deyilir. Hələ də aramızda “bunlar getsə, bəs kim gələcək” sualını verənlər qalıb?