Türkiyənin cənubunda zəlzələ baş verib

zelzeleTürkiyənin Antalya vilayətinin Kaş rayonunun sahillərində Rixter şkalasıyla 4,2 bal gücündə zəlzələ baş verib.

Türkiyə hökuməti yanında fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması idarəsindən yeraltı təkanların yerli vaxtla saat 03:22-də qeydə alındığını bildiriblər.
Zəlzələ ocağı Aralıq dənizində 18,85 km dərinlikdə, Türkiyə sahilindən 22 km aralıda yerləşib. (report.az)