Rusiya atletləri qızıl medallardan məhrum edildi

antidopinqRusiyalı atletlər Sergey Kirdyapkin, Olqa Kaniskina, Sergey Bakulin, Valeri borçin, vladimir Kanaykin və Yuliya Zaripova olimpiya və dünya çempionatı medallarından məhrum ediliblər. Belə bir qərar Lozannada İdman Arbitraj məhkəməsi tərəfindən qəbul edilib. Buna səbəb adı çəkilən idmançıların dopinqdən istifadə etməsidir.

Sergey Kirdyapkin London olimpiadasında 50 km məsafəyə qaçışda qazandığı qızıl medaldan məhrum edilib. Qalib avstraliyali Cared Tallent elan ediləcək. Kirdyapkin 2009-cu ilin avqust ayından 2012-ci ilin oktyabrın 15-ə qədər qazandığı bütün nəticələr ləğv ediləcək.

Olqa Kaniskina London olimpiadasında 20 km qaçışda qazandığı gümüş medaldan məhrum ediləcək.

Digər idmançıların da bütün nailiyyətləri ləğv ediləcək və medalları əllərindən alınacaq.

azadlıq.info