Bakıda dəhşətli hadisə – 28 yaşlı kişi maşınında yandı

yanan-mashinBakı şəhəri, Xətai rayonunda “Chevrolet” markalı minik avtomobilin yol kənarındakı divara çırpılması nəticəsində yanğın hadisəsi baş verib.

Yanğınsöndürənlər və xilasedicilər qəza nəticəsində baş vermiş yanğını söndürüb, deformasiyaya uğramış minik avtomobilində sıxılmış vəziyyətdə qalan 1988-ci il təvəllüdlü Əhmədov Nicat Mehrab oğlunun yanmış cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

 

(qafqazinfo)