Milyonlarla rus yoxsulluq içində yaşayır

rusiyadan-koc“The Guardian” qəzeti ən son statistik məlumatlara istinadən yazır ki, hazırda təxminən 20 milyon rus yoxsulluq həddindən aşağı səviyyədə yaşayır. Məqalədə deyilir ki, iqtisadi böhran son doqquz ildə Rusiyadakı yoxsulluğu rekord həddə çatdırıb. Son rəqəmlərə görə ötən il 19 milyon insan və ya əhalinin 13,4 faizi Rusiya hökumətinin müəyyən etdiyi aylıq 9 min 452 rublluq (139 dollar) minimumdan daha az gəlirlə yaşamağa məcbur olub. Bu, 2014-cü illə müqayisədə 20 faiz artım deməkdir.

“The Guardian” yazır ki, Rusiyada yoxsulluğun dərinləşməsində Qərbin sanksiyaları da əsas rollardan birini oynayıb. İqtisadiyyatı əsasən neftdən asılı olan ölkədə əhalinin yoxsullaşmasına daha bir səbəb xammal qiymətlərinin kəskin düşməsi olub. Bunun nəticəsində milyonlarla rusun alıcılıq qabiliyyəti tükənib. “The Guardian” bunu da qeyd edir ki, yoxsulluq faizinin yüksəlişinə baxmayaraq, 2015-ci ildə kasıbların sayı hər halda Vladimir Putinin hakimiyyətə gəldiyi vaxtlarda olduğundan aşağı olub. 2000-ci ildə ölkə yoxsulları əhalinin 29 faizini təşkil edirdilər.

Lakin buna baxmayaraq, yoxsulluğun artması, adi əhalinin firavanlığının yüksəlişi ilə əlaqələndirilən Vladimir Putin üçün böyük zərbə sayıla bilər. Məqalədə deyilir ki, 2000-ci illərdən əhalinin gəlir və rifahının yaxşılaşması neft qiymətlərinin son dərəcə yüksəkliyi ilə izah oluna bilərdi. Putinin birinci prezidentlik müddəti də məhz həmin vaxta təsadüf etmişdi. Neftdən asılı populyarlıq Lakin bütün bunlara baxmayaraq dövlət mediasının təbliğatı nəticəsində Putinin populyarlıq reytinqi yüksəlməkdə davam edib. Moskvada mənzillənmiş Levada ictimai rəyi öyrənmə agentliyinin avqust ayındakı hesabatına görə Putinin populyarlığı 87 faizə çatmışdı. Amma yenə də Levada mərkəzinin son rəy sorğusu göstərib ki, Putinə etimad təkcə ötən il ərzində 10 faiz azalaraq bu ay 73 faizə enib.

Eyni müddət ərzində Rusiyanın enerjiyə bağlı iqtisadiyyatı 2015-ci ildə 3,7 faiz tənəzzülə məruz qalıb. Ötən sentyabrda Dünya Bankı Rusiyada əhalinin, xüsusən də pensiyaçılar da daxil kövrək təbəqələrində yoxsulluğun kəskin artımından ciddi narahatlıq ifadə edib. Baş nazir Dmitri Medvedev yanvar ayında etiraf etmişdi ki, iqtisadi böhranın “ən ağrılı” nəticələrindən biri də yoxsulluğun artması olub. Ötən il Ruysiya əhalisinin real maaş gəlirləri ondan əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə az qala 7 faiz azalıb. Pərakəndə satış ötən ay 5,9 faiz azalıb. Rusiyada yenicə yaradılmış reytinq agentliyi isə bildirib ki, ölkədə 2018-ci ilədək iqtisadi artım gözlənilmir.

 

(bbc azəri)