Savçenko təqsirli bilindi

savcenkoMartın 21-də Rusiya məhkəməsi ukraynalı pilot Nadejda Savçenkonun 2014-cü ildə Ukraynanın şərqində iki rusiyalı jurnalistin ölümündə iştirakda təqsirli bilib. Pilot ittihamları rədd edir.

Rusiya xəbər agentliklərinin məlumatına görə, hakim hökmü oxumağa başlayıb. Hökmdə deyilir ki, Savçenkonu «siyasi nifrət» təhrik edib.

Prokuror Savçenkoya 23 il həbs cəzası istəyib.

Bu məhkəmə Ukraynada və bir sıra digər ölkələrdə qəzəb doğurub. Tənqidçilər Kremli məhkəmə məzhəkəsi təşkil etməkdə suçlayırlar.

Nadejda Savçenko təcridxanada aclıq aksiyası keçirib. Pilot Ukraynanın şərqində rusiyapərəst separatçılarla döyüşdə saxlandığını və qanunsuz olaraq Rusiyaya aparıldığını bildirir.