Son ildə Rusiya prezidenti Vladimir Putinə etimad bəsləyən rusiyalıların sayı 10 faiz aşağı düşüb, “Levada-sentr” sosioloji sorğu mərkəzinin məlumatları göstərir.
Yeni sorğuya görə, Rusiya prezidentinə rusiyalıların 21 faizi “tam inanır”, 52 faizi “demək olar ki, inanır”. Ötən il isə bu rəqəmlər müvafiq olaraq, 26 və 57 faiz idi.
Putinə “demək olar ki inanmayanlar”ın və “heç inanmayanlar”ın sayı ötən ilə nisbətən 5 faiz artıb.
Rusiya prezidenti sorğu iştirakçılarının 38 faizində rəğbət və heyranlıq yaradır – ötən il bu rəqəm 47 faiz idi. İştirakçıların 30 faizi isə onun haqqında mənfi heç nə deyə bilməyəcəyini bildirib.
(bbc azəri)