Georgi Qonqadze ölümündən 16 il sonra dəfn ediləcək

qonqadzeMartın 22-də ölümündən 16 il sonra ukraynalı jurnalist Georgi Qonqadzenin dəfn mərasimi keçiriləcək.

Bunu jurnalistin həyat yoldaşı Miroslava Qonqadzenin vəkili Valentina Teliçenko deyib.

«Ukrayna həqiqətləri» internet nəşrinin təsisçisi və ilk baş redaktoru Georgi Qonqadze 2000-ci ilin payızında itkin düşüb. Ay yarımdan sonra Kiyevin yaxınlığında meşədə onun başsız bədəni aşkar olunub.

Jurnalistin ölümündə Ukrayna DİN Xarici müşahidə departamentinin keçmiş rəisi Aleksey Pukaç günahkar bilinib. O, 2009-cu ilin iyul ayının 22-də həbs olunub və 2013-cü ildə məhkəmə onun barəsində ömürlük həbs cəzası hökmü verib. Qətlin sifarişçisi qismində keçmiş daxili işlər naziri, 2005-ci ildə öz evində öldürülmüş Yuri Kravçenko tanınıb.

Keçən 16 il ərzində Qonqadzenin nəşi Kiyevin mərkəzi morqunda saxlanılıb.

Martın 21-də Ukrayna prezidenti Pyotr Poroşenko Georgi Qonqadzenin həyat yoldaşı Miroslava Qonqadzeyə Ukrayna Qəhrəmanı ordenini təqdim edib. Həmin ordenlə Georgi Qonqadze 2005-ci ildə keçmiş prezident Viktor Yuşenko tərəfindən təltif olunmuşdu.

 

(virtualaz)