İstanbul partlayışı zamanı həlak olan 5 nəfərdən 2-si amerikalıdır

terrorAğ Evin bildirdiyinə görə, dünən İstanbul partlayışı zamanı həlak olan 5 nəfər arasında 2-si amerikalı olub. 36 nəfərin yaralanması ilə nəticələnən hücum 2 israilli və 1 iranlının həyatına son qoyub.

Hücum bu il ərzində Türkiyədə həyata keçirilən 4-cü kamikadze hücumudur.

“Hürriyyət” qəzetinin məlumatına görə, intiharçının üzərində olan bomba vaxtından əvvəl işə düşüb.

İddialara görə, terrorçuların hədəfi xarici turistlər olub. Partlayış məhz xarici turistlərin çox olduğu ərazidə törədilib. Belə ki, yaralı 38 nəfərdən 12-nin xarici vətəndaş olduğu bildirilir.
Ağ Evin sözçüsü Ned Prays ABŞ-ın hücumu qınadığını və terrorizmlə mübarizədə Türkiyə ilə yaxından əməkdaşlıq edəcəyini bildirib.
Hücumun məsuliyyətini üzərinə alan olmayıb.
İlkin məlumata əsasən, hadisədə PKK terror təşkilatının əli var.