Azərbaycan tamaşaçılarının alternativ fikri ifadə edən yeganə telelayihə kimi maraqla izlədiyi “Azərbaycan saatı” proqramının 20 mart tarixli verilişi texniki səbəbdən efirə getməyib. Proqram martın 21-də saat 21-dən 22-dək kanal60-da yayımlanacaq.
Bununla belə, veriliş artıq “Azərbaycan saatı”nın YouTube kanalına yüklənib və başqa sosial şəbəkələr üzərindən tirajlanıb. Verilişin videoyazısını təqdim edirik.
Xatırladaq ki, “Azərbaycan saatı” hər həftənin şənbə və bazar günləri Kanal60-da saat 21.00-dan 22.00-a qədər yayımlanır.




