Reutersə danışan Türkiyə səlahiyyətlisi terrorçunun fərqli zamanda və daha izdihamlı bir yerdə partlayış etmək istədiyini, lakin təcavüzkarın üzərindəki bombanı qorxudan vaxtından əvvəl işə saldığını bildirib.
***
İstanbul valisi Vasip Şahin partlayışla bağlı açıqlama yayıb.
Şahin, partlayış nəticəsində canlı bomba ilə birlikdə 5 adamın öldüyünü, 37 nəfərin isə yaralandığını bildirib. Yaralılardan ikisinin vəziyyəti ağırdır.
***
Partlayış İstiqlal prospektində baş verib. Partlayışdan sonra hadisə yerinə polis , çox sayda həkim qrupları və xilasetmə dəstələri cəlb edilib. Polis, prospektdə giriş-çıxışları bağlayıb, partlayışın meydana gəldiyi sahə təhlükəsizlik çevrəsinə alınıb.Patlayışda yaralananların olduğu bildirildi. Hadisəni canlı bombanın törətdiyi bildirilir.
azadliq.info
https://www.youtube.com/watch?v=kfd8iZ0e4zM