“Hələ görək biz onları əfv edəcəyikmi?”

seymur heziSeymur Həzidən sonuncu əfvə münasibət

“Azadlıq” qəzetinin əməkdaşı, “Azərbaycan saatı” TV proqramının aparıcısı, siyasi məhbus Seymur Həzi İlham Əliyevin martın 17-də imzaladığı əfv sərəncamına münasibət bildirib. Bu haqda Seymur Həzinin vəkili Şəhla Hümbətova özünün Facebook səhifəsində məlumat yayıb:

“Üzülmürəm. Çünki əfv gözləmirəm. Öz planlarım var. Əfv, mənim planlarima daxil deyil, o barədə düşünmürəm. Hələ görək biz onları əfv edəcəyikmi?”, – deyə Seymur Həzi bildirib.