silah-alveri-gizli

Rusiya Azərbaycana yararsız silahlar sırıyıb

silah-alveri-gizli

Ermənistana ötürdüyü silahlar isə müasir silahlardır

Azərbaycan Rusiya ilə hərbi sahədə əməkdaşlığı davam etdirməkdə maraqlıdır. Rusiya silahlarının alınmasına dair müqavilələr üzrə həll olunmamış maliyyə məsələlərinin olması barədə yayılan xəbərlər həqiqətə uyğun deyil.

Bunu Rusiyanın “Kommersant” nəşrinə müsahibəsində Azərbaycan XIN rəhbəri ÿElmar Məmmədyarov ÿdeyib.

Ödənişlərlə bağlı heç bir problem yoxdur, Rusiya və Azərbaycan arasında həll olunmamış maliyyə məsələlərinin olması barədə məlumat həqiqətə uyğun deyil. Biz sazişlərə uyğun şəkildə bütün ödənişləri vaxtında edirik. Sazişlərin icrası ilə bağlı isə problemlər var: o mənada ki, Azərbaycana gətirilən silah müqavilələrdə qeyd olunan parametrlərə uyğun olmalıdır. Dmitri Roqozinin Bakıya səfəri məhz bu parametrlərlə bağlı problemlərə aydınlıq gətirmək məqsədi ilə baş tutmuşdu. Hazırda məsələ ilə bağlı bütün suallara aydınlıq gətirilib”,- deyə nazir qeyd edib.

Nazir deyib ki, Azərbaycanın Rusiya ilə hərbi-texniki əməkdaşlıq sahəsində əlaqələri kommersiya prinsiplərinə uyğun şəkildə və qarşılıqlı sərfəli əməkdaşlıq əsasında uğurla inkişaf edir(ans).

E. Məmmədyarovun açıqlaması maraq doğurur. Deməli, yüksək səviyyədə etiraf olunur ki, Rusiya Azərbaycana keyfiyyətsiz silah satır. Özü də bütün bunlar Ermənistana 200 milyon yeni tipli silahın satılmasının müqabilində edilir. Bu bir daha Rusiyanın regionda birmənalı siyasət yürütmədiyini göstərir. Ermənistanın hazırda sahib olduğu müasir silahların qarşılığını almaq üçün Azərbaycan gərək milyardlarla vəsait xərcləsin. Digər tərəfdən, Azərbaycana bu silahları satan ölkə də yoxdur. Rusiya hazırda açıq formada Ermənistanı silahlandırır.

Hərbi ekspert Üzeyir Cəfərov bildirir ki, Roqozinin Bakıya təcili şəkildə gəlməsi təsadüfi deyildi. Ü.Cəfərovun sözlərinə görə, Rusiyanın Azərbaynın neftin qiyməti düşdüyünü görə aldığı silahların pulunu vermədiyi ilə bağlı dövriyyəyə buraxılan məlumat həqiqət deyil: “Rusiya öüzünü bununla bir qədər sığortalamaq istəyirdi. Amma əslinə qalsa, müqavilənin şərtlərinə görə, Rusiya müqavilənin şərtlərini pozduğuna görə Azərbaycana təzminat ödəməlidir. Məmmədyarov bunu dilə gətirmir. Azərbaycan tərəfi bunu nəzərə almalıdır ki, Rusiya silah satışında o qədər də etibarlı tərəfdaş deyil. Rusiya Irana hələ də S-300 raketlərini vermir. Halbuki Iran raketlərin pulunu çoxdan verib”.

Ü.Cəfərov hesab edir ki, Azərbaycan artıq Rusiyanın diqqətinə çatdırıb ki, gələcəkdə Moskvadan təzminat alına bilər. Hətta gələcək müqavilələrlə bağlı yeni qərarlar qəbul oluna bilər. “Təsəvvür edin ki, biz bir modifikasiyada olan maşının pulunu ödəyirik. Amma bizə ili və göstəriciləri tam aşağı olan maşın satılır. Rusiya vaxt udmaq istəyir. Təcili şəkildə Ermənistanı silahlandırır. Rusiyanın Ermənistana ötürdüyü silahlar müasir silahlardır. Azərbaycana da satılan silahlar müasirdir. Amma onların parametri fərqlidir. Eyni zamanda satılan silahların gecikdirilməsi təsadüfi deyil”, deyə ekspert vurğuladı.

Ü.Cəfərov onu da bildirir ki, Rusiya 2016-cı ildə Ermənistana yeni qırıcılar və helikopterlər verəcək. Ü.Cəfərov onu da bildirdi ki, Rusiya həm Azərbaycanı cəlb edir ki, ondan daha müasir silahlar alsın, həm də Ermənistanı silahlandırır.

Xəyal