Rusiyada təyyarə qəzası: 61 nəfər həlak olub VİDEO

teyyare qeza polshaRusiyanın Rostov şəhərininin hava limanında enmək istəyən Boeing 737 sərnişin təyyarəsi qəzaya uğrayıb.

İlkin xəbərlərə görə azı 61 nəfər həlak olub. Qəzadan sağ çıxan yoxdur.

RT xəbər verir ki, təyyarə Dubaydan gəlirmiş.

Flydubai hava şirkətinin FZ981 reysi ilə uçan təyyarə limanda enərkən pis hava şəraiti vardı.

Bu da bildirilir ki, təyyarə limana enmək üçün ikinci cəhdi edərkən qəzaya uğrayıb.