ulduz fali

BÜRCLƏR – 19.03.2016

«AZADLIQ»IN RƏSƏDXANASI

QOÇ

Şəxsi müstəvidə böyük dəyişikliklər olacaq. Hətta bu dəyişiklik sizin üçün o qədər vacib olacaq ki, məyyən müddətdə bütün başqa işlərinizi unudacaqsınız. Başqa şəhərdə yaşayan qohumdan həyəcanverici xəbər alacağınız ehtimalı da var.

BUĞA

Çox məhsuldar gündür. Bu günə planlaşdırılan bütün işlərin öhdəsindən tez və keyfiyyəli gələcəksiniz. Bu səbəbdən yaxınlarla birlikdə istirahət etmək üçün zamanınız qalacaq. Səyahət, xüsusilə də romantik gəzinti yaxşı keçəcək. Ehtimal ki, çoxdanki arzunuz reallaşacaq.

ƏKİZLƏR

Riskə getməyin. Gün ciddi problemlər yaşadacaq. Istənilən maliyyə işi ehtiyatlı olmağı tələb edəcək. Bu sferada riskə getmək olmaz. Bu gün borca pul almayın və izdihamlı yerlərdə olmayın. Bürcün tənha nümayəndələri üçün bu gün yeni tanışlığa imza atmaq çətin olmayacaq.

XƏƏNG

Həyatınızda ciddi dəyişikliklər baş verəcək. Bu gün adətlərinizi dəyişmək asan olacaq. Yaradıcılıq potensialı yüksək olacaq. Özünüzə inam güclü olacaq və bu, sizi daha cəlbedici edəcək. Bu səbəbdən mənəvi dəstəyə ehtiyacı olanlar sizə müraciət edəcəklər.

ŞİR

Bu gün diqqəti öz üzərinizə yönəldəcəksiniz, amma bu heç də xoşagələn mənada deyil. Ən pisi də odur ki, bugünki büdrəmələriniz rəğbət etdiyiniz şəxslərin diqqətini çəkəcək. Potensial partnyorlarla danışıqlar üçün də münasib gün deyil.

QIZ

Bu gün nə qədər az danışsanız bir o qədər faydasını görərsiniz. Düzdür, ulduzlar bütün gün boyu susmağı məsləhət görmür. Maliyyə məsələlərinin həllində ehtiyatlı olun. Qiymətli hədiyyə alacağınız da gözlənilir. Bu sizi sevindirəcək.

TƏRƏ

Ətrafdakılar sizin müsbət cəhətlərinizi görəcəklər. Bir zamanlar sizin haqqınızda düzgün fikirdə olmayanlar fikirlərini dəyişəcəklər. Başgicəlləndirən macəranın təməli qoyulacğı da gözlənilir. Gözlənilməz qonağınızın olacağı da istisna deyil.

ƏQRƏB

Yaxşı təəssürat yaratmağa can atdığınız görüşləri bu gün təyin edə bilərsiniz. Ulduzlar qarderobunuzu, yaxud da imic dəyişikliyini məsləhət görür. Bürcün nümayəndələri macəra axtarışındadırlar və buna nail olacaqlar. Qarşınızda qeyri-adi olay baş verəcək ki, nəticədə baş gicəlləndirən imkana sahib olacaqsınız.

OXATAN

Ehtimal ki, maliyyə işləriniz qaydasına düşəcək, yaxud da borcunuz qaytarılacaq. Uzağa gedən planlar qurmayın. Yaxşı olar ki, gündəlik işlərinizi görəsiniz. Ünsiyyət üçün münasib gün deyil. Böyüklərin məsləhətinə qulaq asın, faydasını görəcəksiniz.

OĞLAQ

Sıxlıq yerlərdə sevdiyiniz insanla razılaşmaqda çətinlik çəkə bilərsiniz. Onu çox tənqid etməməyə çalışın. Yaxşı olar ki, qarşı tərəflə mehriban davranasınız. Ortaqlı işlərdə özünüzü ətrafdakılara göstərmək əhəmiyyətli ola bilər.

DOLÇA

Yaradıcı, enerjili olacaqsınız. Bu da başladığınız işləri tamamlamağa kifayət edir. Bütün informasiyalara etibar etmək olmaz. Kimsə sizi bilərəkdən yanlış yola çəkmək istəyir. Gün romantik görüş üçün də əlverişlidir. Bu görüş həm sizin, həm də yarınız üçün yadda qalan olacaq.

BALIQLAR

Bu gün tərif deyil, tənqid eşidəcəksiniz. Səhvlərinizi anladığınızı və düzəltməyə çalışdığınızı deməyin isə heç faydası olmayacaq. Ailə-məət problemlərinin həlli, valideyn və ya qohumlarla ünsiyyətdə olmaq üçün münasib gündür. Yeganə müzakirə edilməsi məsləhət olmayan maliyyə məsələləri və ya alış-veriş planlaşdırılmasıdır.