Bakıda uşaq 6-cı mərtəbədən yıxılaraq öldü

pencereden yixilanBakıda azyaşlı binanın 6-cı mərtəbəsindən yıxılaraq ölüb.

Bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Martın 18-də Binəqədi rayonunun Cavadxan küçəsində, azyaşlı Ələkbər Zərbəliyev yaşadığı evin pəncərəsindən (6-cı mərtəbədən) yıxılaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.