Dövlət Sərhəd Xidməti AXCP Suraxanı rayon şöbəsinin sədri Bəhruz Həsənlilə bağlı Saatlı Rayon Məhkəməsinə iddia ərizəsilə müraciət edib. DSX iddia edir ki, Bəhruz Həsənli Facebook-da yazdığı statusla onların şərəf və ləyaqətinə, işgüzar nüfuzuna xələl gətirib. Məhkəməyə göndərilən iddiada Bəhruz Həsənlinin üzr istəməsi, yayılmış məlumatların yığışdırılması və DSX-nə dəymiş mənəvi zərərin əvəzi kimi 20 min manat məbləğində pulun cavabdehdən tutulması tələb olunur.