Lavrov Bakıya gəlir

lavrov2Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Rusiya XİN rəhbəri Sergey Lavrovla görüşü barədə detallar məlum olub.

Diplomatik mənbədən Trend-ə verilən məlumata görə, görüş Bakıda keçiriləcək. Belə ki, Rusiya XİN rəhbəri S.Lavrov cari il aprelin əvvəlində Bakıya səfər edəcək.

Görüşdə E.Məmmədyarov rusiyalı həmkarı ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə edəcək.

Gündəlikdə həmçinin Şimal-Cənub layihəsinin realizəsi məsələsi də var.