Çempionlar Liqasında 1/4 finalın püşkü atıldı

cemp liqaBu gün Çempionlar Liqasında 1/4 final mərhələsinin püşkü atılıb. İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə 1/4 final cütlükləri müəyyənləşib.

Bu mərhələdə İspaniya 3, Almaniya 2, İngiltərə, Portuqaliya və Fransa isə hərəyə 1 klubla təmsil olunur.

Qeyd edək ki, Çempionlar Liqasında 1/4 finalın oyunları 5/6 və 12/13 aprel tarixlərində keçiriləcək.

Çempionlar Liqasında 1/4 finalın cütlükləri:

“Volfsburq” (Almaniya) – “Real” (Madrid, İspaniya)

“Bavariya” (Almaniya) – “Benfika” (Portuqaliya)

“Barselona” (İspaniya) – “Atletiko” (Madrid, İspaniya)

PSJ (Fransa) – “Mançester Siti” (İngiltərə)