Azərbaycanın idxal və ixracında 45,5 faizlik azalma

ixrac2016-cı ilin Yanvar-Fevral aylarında Azərbaycanın ticarət əməliyyatlarının həcmi  2 milyard 203 milyon 344.30 min ABŞ dolları təşkil etmişdir.

 “Marja” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ticarət əməliyyatlarının həcmi keçən ilin müvafiq dövrünə nisbətən 45.51 % azalmışdır.

İdxal əməliyyatları üzrə  979 milyon 874.94 min ABŞ dolları (Keçən ilin müvafiq dövrünə nisbətən 42.67 % azalmışdır), ixrac əməliyyatları üzrə isə 1 milyard 223 milyon 469.36 min ABŞ dolları (Keçən ilin müvafiq dövrünə nisbətən 47.59 % azalmışdır) dövriyyə qeydə alınmışdır.

İXRAC AZALIB, İDXAL ARTIB

Yanvarda ixrac 657 milyon 76 min dollar, Fevralda 566 milyon 393.15 dollar, Yanvarda idxal 437 milyon 596.45 min dollar, Fevralda idxal isə 542 milyon 278.48 dolar təşkil edib. Göründüyü kimi, Yanvar ayı ilə müqayisədə Fevralda idxal artıb, ixrac isə azlıb. İdxalın artması indiki vəziyətdə yaxşı hall deyil, artan idxal dollara da təlabatı artırır. Dollara təlabatın artması isə onun qiymətini daha da artıra bilər.