İsrail kürd dövlətinin yaradılmasını vacib hesab edir

Moşe YaalonBunu ABŞ-da təşkil olunan bir tədbirdə İsrail müdafiə naziri Moşe Yaalon bildirib. Nazir bölgədəki problemlərin həlli və sabitlik üçün kürdlərin dövlətə sahib olmasının vacib olduğunu bildirib.

Moşe Yaalon eyni zamanda, Suriyanın bütövlüyü üçün heç bir yol qalmadığını da bildirib: “Vahid Suriyadan danışmaq, Bəşər Əsəd və ya başqa birinin başçılığı altında böyük strateji planlaşdırma, xəyaldan başqa bir şey deyil. Artıq bunun üçün heç bir əsas yoxdur”,- deyə nazir  bildirib.

 

azadliq.info