Qubada 52 yaşlı kişi özünü ürəyindən güllələyib

silahQubada intihar hadisəsi baş verib. Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Amsar kəndində qeydə alınıb. Kənd sakini, 1964-cü il təvəllüdlü Mehdi Orucov ov tüfəngindən ürək nahiyəsinə atəş açaraq özünü öldürüb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Quba rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.