Şahid və «zərərçəkən»lər hökuməti necə ifşa etdi?
Ötən gün ədalət növbəti dəfə “zəfər” çaldı. AXCP Rəyasət Heyətinin üzvü Məmməd Ibrahimə 3 il həbs cəzası verildi. Təbii ki, təəccüblənmirik və bizim üçün yeni hadisə baş verməyib. Biz bilirik ki, bu ölkədə vicdan saxlamaq, narkotika saxlamaqdan təhlükəlidir. Onu da bilirik ki, bu ölkədə məhkəmə sistemi çoxdan dəfn edilib. Amma Məmməd Ibrahimin məhkəmə prosesi göstərdi ki, bu ölkədə nəinki hüquq sistemi qətlə yetirilib, həm də dəfn olunmuş hüququn goruna söyürlər.
Ən böyük ikili standartlar, ən böyük qərəz, ən böyük ayrı-seçkilik nümunəsini hökumətimiz nümayiş etdirir. Adamları vəhşicəsinə döyən generalın qohumu 30 sutka həbs cəzası alır, kiməsə yumruq atmaqda ittham edilən Məmməd Ibrahim isə 3 il azadlıqdan məhrum edilir.ÿ
Bəli, bu ölkədə bütün qanunlar “pis yola” düşüb. Ona görə də yaxşı adamların yolu zindandan keçir. Bu ölkədə əyninə qara mantiya geyinmiş hakimlər qaranlığa işıq salmaq əvəzinə, qara qüvvələrin müdafiəçisinə çevrilir.
Məmməd Ibrahimin məhkəmə prosesi sözün həqiqi mənasında karikatura idi. Artıq vəziyyət o həddə çatıb ki, yalançı şahidlər, “zərərçəkmiş”lər də işə yaramır. Şahidlərin dördü dəÿ məhkəmədəÿ ifadə ÿverərkən Məmməd Ibrahimin iş üzrə zərərçəkmiş Mikayıl Quliyevi vurmadığını vəÿ təhqir etmədiyini, digər iki zərərçəkmiş Məhəmməd Qurbanov və ÿOruc Vəliyevin isə,ÿ ümumiyyətlə, hadisə ÿyerindəÿ olmadığını bildirmişdilər.
Göründüyü kimi, şahidlər Məmməd bəyin günahsız olduğunu bildirirlər. Amma dövlət ittihamçısı şahidlərdən birinin AXCP üzvü olduğunu vurğulayaraq, onların dördünün də ÿbarəsində ÿyalan ifadəÿ verməyə ÿgörəÿ xüsusi qərar çıxarılıb prokurorluğa göndərilməsini istəyib. Məmməd Ibrahimin vəkili Yalçın Imanov isə ÿmüdafiə ÿçıxışında bildirib ki, ittiham tərəfin şahidlərinin məhkəmədəÿ dedikləri istintaq ifadələrilə ÿtamamilə ÿeynidir. Belə ÿolan halda, yalan ifadə ÿverməkdən söhbət gedə ÿbilməz.
Bəli, dövlət ittihamçısı şahidləri həqiqəti söylədiklərinə görə təhdid edir. Artıq bu, məhkəmə prosesi deyil. Bu, lətifədi, tragikomediyadı, dəlixanadı. Adamları şahid qismində, zərərçəkən qismində qəbul edirlər və onlardan yalnız yalan danışmaqları tələb olunur.
Məhkəmənin sifarişli, ittihamın qondarma olduğu o qədər çılpaq görünür ki, nə “zərərçəkmiş”lər, nə də şahidlər hökumətin zibilini təmizləyə bilir.
Bəli, bizim ölkəmizdə məhkəmə ədaləti bərpa etmək üçün yox, ədalətsizliyi müdafiə etmək üçündür.
Beləliklə, vicdan məhkəməsinin hökmüylə ömürlük lənət cəzası alanlar Məmməd Ibrahimə 3 il həbs cəzası verdilər.
Məmməd bəy, 3 illik zindan həyatın mübarək olsun. Şərin qarşısında dik dayana bildiyin üçün səni təbrik edirik!
İlham