Martın 15-də Xəzər rayonunun Buzovna qəsəbəsində yaşayan Bakı şəhər sakini, epilepsiya xəstəsi olan A.İsmayılovun evində tanışı Elvin Əliyevlə aralarında baş vermiş münaqişə zəminində E.Əliyev sillə ilə A.İsmayılovu vurmuş və A.İsmayılov hadisə yerində ölmüşdür.
Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, E.Əliyev könüllü olaraq Xəzər RPİ-yə gələrək hadisə barədə məlumat verib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Araşdırma aparılır.