Nazarbayev Azərbaycana gələcək

nazarbayevQazaxıstan prezidenti Nursultan Nazarbayev Azərbaycana gələcək. APA-nın xəbərinə görə, bu barədə N.Nazarbayev bəzi ölkələrin Qazaxıstandakı səfirlərinin etimadnaməsini qəbul edərkən deyib.

Etimadnaməsini Qazaxıstan prezidentinə təqdim edənlər arasında Azərbaycanın səfiri Rəşad Məmmədov da olub:

«Azərbaycan Qafqaz regionunda bizim strateji tərəfdaşımızdır. Biz energetika, logistika, kənd təsərrüfatı sahəsində aktiv əməkdaşlıq edirik. Azərbaycan prezidenti İlham Əliyevdən rəsmi dəvət almışam və bu dəvəti böyük məmnuniyyətlə qəbul etmişəm», – deyə N. Nazarbayev qeyd edib.

Lakin o, səfərin tarixini açıqlamayıb.