Lavrov kürdlərin müdafiəsinə qalxdı

lavrov1Rusiya XİN rəhbəri Sergey Lavrov bəyan edib ki, kürdlər danışıqlardan kənarlaşdırılarsa Suriya dağıla bilər.

Nazir bunu REN TV telekanalına müsahibəsində deyib.

“Kürdləri Suriyanın gələcəyi haqqında danışıqlardan “atsalar”, o zaman onların bu dövlətin tərkibində qalmaq istəyəcəklərini necə düşünmək olar? Onlar sadəcə beynəlxalq birliyə və bütün bu sxemlərə “əllərini yelləyəcəklər”, – deyə o bildirib.

“Buna görə Rusiya, “BMT-nin ultimatumların (Türkiyə tərəfdən – red.) təsiri altında “əyilməyərək” kürdləri də münaqişənin nizamlanması üzrə danışıqlara dəvət etməsi üçün” əlindən gələni edəcək”, – deyə Lavrov vurğulayıb..

 

(virtualaz)