Son illər Belarus İT-mütəxəssisləri dünyanın diqqətini özlərinə cəlb edə bilir. Onlardan bir, Masquerade startapı Facebook şirkəti tərəfindən alınıb.
MSQRD mobil əlavənin bir hissəsi olan Masquerade Facebook-un videoservizlərinin daha da yaxşılaşmasına xidmət edir.
Belarus mütəxəssislərinin bu əlavni Facebook-a hansı qiymətə satdığı açıqlanmasa da, ekspertlər bu məbləğin 10-120 mln dollar arasında olduğunu ehtimal edir.
Masquerade-nin aparıcı belaruslu əməkdaşları Facebook-un London bürosunda çalışacaqlar.
MSQRD isə ayrıca mobil əlavə kimi fəaliyyət göstəricək.
World of Tanks oyunu da Wargaming şirkətinin belarus mütəxəssisləri tərəfindən hazırlanıb. .Bloomberqin məlumatına görə, World of Tanks onlayn oyunun yaradıcısı Viktor Kisli bu il Belarusun ilk dollar milyarderi olub.
Məşhur Viber proqramının yaradıcılarında biri də belaruslu mütəxəssisdir. Bu proqram Yaponiyanın Rakuten şirkəti tərəfindən 900 milyon dollara alınıb. Məşhur Belarus startaplarından biri də MAPS.ME offlayn xəritə servisidir. Bu layihə 2010-cu ildə reallaşıb.
Apalon Apps-ın oyatma zəngi, hava məlumatı, bloknot kimi əlavələri də belaruslu İT-mütəxəssislərinin məhsuludur.
azadlıq.info