“Avropa Olimpiya Komitəsi nümayəndələrinin dedikləri onların arzularıdır”.
Rusiya Avropa oyunlarını qəbul etməkdən imtina edib. Avropa olimpiya komitəsi (AOK) hələ 2015-ci ilin noyabrında elan edib ki, 2019-ci ildə ikinci Avropa oyunlarının keçirilməsi üçün yeganə namizəd Rusiyadır. Avropa Olimpiya Komitəsinin icraiyyə bölməsinin üzvü rusiyalı Aleksandr Kozlovski, hətta oyunların keçirilməsinə namizəd şəhərlər kimi Kazan və Soçini misal göstərib.
Amma Rusiyanın idman naziri Vitali Mutko “Bes sport” idman informasiya agentliyinin xüsusi müxbiri Viktor Limasova müsahibə verərək bildirib ki, Rusiya bu yarışların keçirilməsi üçün heç bir ərizə verməyəcək.
“2019-cu ildə ölkəmizdə Avropa oyunları olmayacaq. Birincisi, Rusiya ən böyük idman hadisəsi kimi adını tarixə çoxdan yazıb. İkincisi, bir sıra səbəblər var ki, belə miqyaslı kompleks yarışların keçirilməsi üçün məqsədəuyğun deyil, buna həm siyasi vəziyyət, həm də cari iqtisadi vəziyyət aiddir. Avropa Olimpiya Komitəsi nümayəndələrinin dedikləri onların şəxsi fikirləri, hansısa arzularıdır. Lakin mən təkrar edirəm: Biz İkinci Avropa Oyunlarını dəqiq keçirməyəcəyik”, – deyə nazir əlavə edib.
(ana)