Azərbaycanda hər keçən gün absurd hadisələrin şahidi oluruq. Bəzən elə hadisələr olur ki, onu heç cür əsaslandırmaq mümkün deyil. Təsəvvür edin, Azərbaycanda vətəndaş banka borclu olduğuna görə onun evinə təbii qazın verilməsi dayandırılıb. Bu barədə “Azadlıq”a tanınmış vəkil Xalid Bağırov məlumat verib. Söhbət Binəqədi sakini Bəxtiyar Vəliyevdən gedir.
Vəkilin sözlərinə görə, Bəxtiyar Vəliyevin banka borcu olub. Bank da onun evini hərraca çıxararaq satıb. Sonradan məhkəmə hərracın nəticəsini ləğv edib: “Orada böyük mübahisə düşüb və məhkəmə gedə-gedə bank təzyiq edərək, həmin şəxsin qazını kəsib. Bank sonradan həmin adamın evinə gələn elektrik enerjisini də ləğv edib”.
Beləliklə, bir vətəndaş bank borcu, ağır güzəranı azmış kimi, hələ üstəlik, qazsız-işıqsız qalıb.
Sosial şöbə