Dünən 3-cü devalvasiya haqqında yazanda qeyd etmişdim ki, 1 dolları 1.69 manata ala bilərsiniz, bu gün isə artıq 1 dolların alış qiyməti 1.71 manatı da keçib. Baxmayaraq ki, neftin qiyməti qalxaraq 40 dollarlıq psixoloji həddi də keçib, manat davamlı şəkildə ucuzlaşır. İndi də bir “ağıllı” çıxıb deyəcək ki, neftin qiymətinin manatın məzənnəsinə nə dəxli var?
Bir az öncə sosial şəbəkə fəalları aylarla kampaniya apardılar ki, neftin qiyməti 3-4 dəfə düşüb, benzinin də qiyməti aşağı salınsın. O zaman Rövnəq Abdullayev dedi ki, neftin qiymətinin benzinin qiymətinə nə dəxli var? İndi də oxşar şərait yetişir. Hamımızı bezdirmişdilər ki, neftin qiyməti düşdüyünə görə manatın məzənnəsi də düşür. İndi isə əksi baş verir. 2-ci devalvasiyadan sonra neftin qiyməti 20 faizdən çox artsa da, manat ucuzlaşmaqda davam edir. Adamlar çaşqınlıq içindədirlər ki, deməli, neft uzuzlaşanda da, bahalaşanda da manat ucuzlaşır. İndi gərək o “ağıllı” gəlsin və elan etsin ki, neftin qiymətinin manatın məzənnəsinə nə dəxli var? Camaat da başa düşsün ki, ölkədə real iqtisadiyyat olmadığı üçün, hətta neftin qiyməti bir az artsa da, manat ölməkdə davam edəcək.

Niyə neftin qiyməti enəndə də, qalxanda da manat ucuzlaşır?
•


