Azərbaycanın «Eurovision» təmsilçisi bəlli oldu

semra-eurovision2016-azerbMartın 10-da Azərbaycanı builki «Eurovision» mahnı müsabiqəsində təmsil edəcək ifaçının müəyyənləşdirilməsi üzrə münsiflər heyətinin iclası keçirilib.

İTV-nin yaydığı xəbərə görə, münsiflər heyəti yarışda Azərbaycanı Səmra Rəhimlinin təmsil etməsinə qərar verib. O, mahnı müsabiqəsində «Miracle» mahnısını ifa edəcək.

Səmra Rəhimli «Səs Azərbaycan» musiqi yarışmasının qalibidir.

«Eurovision-2016»nın birinci yarımfinalı mayın 10-da, ikinci yarımfinalı mayın 12-də, finalı isə mayın 14-də İsveçin paytaxtı Stokholmda keçiriləcək. Azərbaycan birinci yarımfinalda çıxış edəcək.