Azərbaycanda fiziki şəxslərin banklara kredit borcları, əmanətlərindən çoxdur.
“Marja” xəbər verir ki, 01 Fevral 2016-cı il tarixinə banklarda fiziki şəxslərin (əhalinin) əmanətləri 8 milyard 643,3 milyon manat təşkil edib. Eyni tarixdə, bankların ev təsərrüfatlarına verdiyi kreditlərin miqdarı 8 milyard 66,5 milyon manat olub. Bu, əmanətlərdən cəmi 576,8 milyon manat çoxdur.
Qeyd edək ki, fiziki şəxslərin əmanətləri azalır. Yanvarda əmanətlər 830,6 milyon manat azalıb. Əgər azalma davam edərsə, yaxın aylarda əhalinin borcu yığımından çox olacaq.