ABŞ-ın Enerji Məlumat İdarəsi (EIA) 2016 və 2017-ci illər üçün ABŞ xam neft hasilatı və neftin qiyməti proqnozlarını endirib.
EIA-nın aylıq olaraq dərc etdiyi Qısamüddətli Enerji Mənzərəsi adlı hesabatında gündəlik hasilat proqnozu 2016 üçün 8.69 milyondan 8.67 milyon barelə, 2017-ci üçün də 8.46 milyondan 8.19 milyon barelə enib.
Qərbi Texas tipli xam neftin qiymət proqnozu bu il üçün 37.59 dollardan 34.04 dollara endirilib. 2017-ci il üçün proqnoz 50 dollardan 40.09 dollara çəkilib.
Brent neft qiymətlərində isə 2016-cı il üçün 37.52 dollar olan gözlənti 34.28 dollara endirilib.
(marja)