Neft gəlirlərinin mənimsənilməsi səbəbilə ölüm cəzasına məhkum olunan iranlı milyarder Babək Zəncani bu qərardan şikayət etmək niyyətindədir. Bu haqda Zəncaninin vəkili Rəul Kupayzadə bildirib. İranın ədliyyə naziri Mustafa Pur-Mohammadi deyib ki, Zəncani mənimsədiyi 2,7 milyard dolları geri qaytarsa, hökümət ölüm cəzasını ləğv etməyə hazırdır. Öz günahını inkar edən Zəncani İranın dövlət korporasiyası olan National Iranian Oil Co.-dan İran neftinin ixracına olan qadağaya zidd getməkdə ittiham olunub.
Zəncani və iki başqa təqsirləndirilən şəxs birinci məhkəmə instansiyası tərəfindən günahkar biliniblər. Digər tələblərə görə, onlar oğurlanan vəsaiti ümumi məbləğin ¼-dən az olmamaq şərtilə qaytarmalıdılar. İranın ən varlı insanlarından olan Zəncani bu ittihamdan əlavə, korrupsiyada da ittiham olunur ki, bu da İran qanunlarına görə ölüm cəzası ilə nəticələnir.
(fins.az)